Lənkəranda cərrahın idarə etdiyi maşın qəzaya düşdü: Yaralının əməliyyatına özü girdi

18:24 - 06 İyun 2022

Lənkəranda cərrahın idarə etdiyi maşın qəzaya düşdü: Yaralının əməliyyatına özü girdi

Ötən gecə Lənkəranda yol qəzası baş verib.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki,ötən gecə saat 23 radələrində Lənkəran şəhəri ərazisində rayonun Sütəmurdov kənd sakini, 1955-ci il təvəllüdlü Mirtahir Babayevin idarə etdiyi “Mercedes”lə Liman şəhər sakini, 1981-ci il təvəllüdlü Cahad Ələkbərovun sürdüyü “KİA” markalı avtomobillər toqquşub.

C.Ələkbərov Lənkəran MRX-yə yerləşdirilib. Dərhal “Mercedes”lə qəza törədən və Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında cərrah işləyən Mirtahir Babayev də xəstəxanaya gəlib. O, həkim-cərrah kimi C.Ələkbərovun əməliyyatında şəxsən iştirak edib, lakin ağır xəsarətlər almış şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran Şəhər Polis İdarəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az