Bakı-Qazax avtomobil yolunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
Manset.az report-a istinadən xəbər verir ki, Goranboy rayon ərazisində minik avtomobilinin kiçik tutumlu yük maşını ilə toqquşması nəticəsində 1988-ci il təvəllüdlü M.Rəhimov və 2001-ci il təvəllüdlü E.Qocayev xəsarət alıb, 2002-ci il təvəllüdlü X.Babayev isə həyəcan hissləri yaşayıb və həkimlər tərəfindən tibbi yardım göstərilib.
Xatırladaq ki, qəza nəticəsində iki nəfər dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.