Qaxda DƏHŞƏTLİ QƏZA: Xəsarət alan var - FOTOLAR

19:05 - 01 Avqust 2022

Qaxda DƏHŞƏTLİ QƏZA: Xəsarət alan var - FOTOLAR

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az Qafqazonfo-ya istinadən xəbər verir ki, hadisə Şəki-Qax yolunun 29-cu km-də baş verib.

Rayonun Cüdüllü kənd sakini 1995-ci il təvəllüdlü Qurbanov Təbriz Araz oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq telefon dirəyinə dəyərək aşıb.

Qəza zamanı avtomobildə olan qadın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.





Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az