Bakının Nəsimi rayonunda yerləşən "Yüngül cinayətlər" restoranında baş verən yanğın söndürülüb.
Manset.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əraziyə cəlb olunan əməkdaşları yanğının qarşısını alıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
***
Bakıda restoranda yanğın başlayıb.
Manset.az report-a istinadən xəbər verir ki, hadisə Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında yerləşən "Yüngül cinayətlər" restoranında qeydə alınıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Əlavə məlumat məlumat veriləcək.