Oğuzda avtomobil ağaca çırpılıb - xəsarət alanlar var

22:57 - 30 Avqust 2022

Oğuzda avtomobil ağaca çırpılıb - xəsarət alanlar var

Oğuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Mollalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan biri Oğuz Rayon Mərkəzi Xəstəxanasına, digərinin vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az