Azərbaycanda ər arvadını öldürdü

10:23 - 31 Avqust 2022

Azərbaycanda ər arvadını öldürdü

Qusarda ər arvadını qətlə yetirib.

 

Rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, avqustun 30-da Piral kənd sakini 1988-ci il təvəllüdlü Aksana Mollayevanın yaşadığı evdə öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Farik Mollayevin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aksana Mollayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Farik Mollayev şübhəli şəxs qismində tutulub, istintaq davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az