Gəncədə yaşayış binasındakı yanğın SÖNDÜRÜLDÜ

18:14 - 31 Avqust 2022

Gəncədə yaşayış binasındakı yanğın SÖNDÜRÜLDÜ

Gəncə şəhərində 4 mərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.

Manset.az report-a istinadən xəbər verir ki,  Ə.Nəzərov küçəsində 4 mərtəbəli binadakı yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən alınıb.

Hazırda soyutma işləri aparılır.

Qeyd edək ki, mənzillərin birində başvemriş yanğın bir neçə mənzilə keçib. Binadan 20 nəfər şəxs təxliyə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az