Oğuz rayonunun Muxas kəndində meşədə yanğın başlayıb.
Manset.az-ın məlumatına görə, yanğının söndürülməsi üçün FHN-nin yanğınsöndürmə briqadalarına məlumat verilib, FHN-nin helikopterləri cəlb olunub.
Yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.
Hadisə barədə məlumat veriləcək.