Xəbər verdiyimiz kimi, bir neçə gündür Oğuz rayonunun dağlıq ərazilərində meşə yanğınları davam edir.
Manset.az-ın məlumatına görə, rayonun Canud və Muxas kəndlərində havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirir.
Hazırda yanğının söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, habelə ETSN-in Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.