Quba rayonunda yol qəzası baş verib.
Manset.az-ın məlumatına görə, rayonun Amsar kəndində "VAZ-2105" və "VAZ 21011" markalı avtomobillər toqquşub.
Nəticədə bir nəfər ağır xəsarət alıb. Hadisə yerinə Yol-patrul xidmətinin əməkdaşları cəlb olunub.
Fakla bağlı araşdırma aparılır.