Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

09:13 - 10 Sentyabr 2022

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub/

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az