Azərbaycanda AĞIR QƏZA - ölən var (FOTOLAR)

13:17 - 10 Sentyabr 2022

Azərbaycanda AĞIR QƏZA - ölən var (FOTOLAR)

Oğuz rayonunda yol qəzası baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford Tranzit" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində ikincinin sürücüsü Cəlal Rəhim oğlu Quliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az