Oğuz rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Ford" markalı yük avtomobili qarşısına çıxan velosipedçini vurub. Hadisə zamanı velosipedçi aldığı ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.