Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Sentyabrın 11-də saat 22 radələrində Şəki rayonunun Cumakənd kəndi ərazisində kənd sakini Sakit Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.