Bakıda mağaza YANDI

23:49 - 12 Sentyabr 2022

Bakıda mağaza YANDI

Bakıda mağazada yanğın baş verib.

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, şəhərin Suraxanı rayonunda bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 80 kvadratmetr olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb.

Mağaza və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az