Masallı rayonunda qətl törədilib.
Manset.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gecə rayonun Hacıtəpə kəndində yaşayan 1953-cü il təvəllüdlü Sona Əlihəsən qızı Əzizova kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Az sonra o, qanaxma səbəbindən vəfat edib.
Hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.