Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
Manset.az report-a istinadən xəbər verir ki, hadisə Talış kəndində qeydə alınıb. Kənd sakini 1993-cü il təvəllüdlü E.Qarayev mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.