Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan əsgərinə şəhid statusu veriləcək - YENİLƏNDİ + FOTO/VİDEO

13:33 - 17 Sentyabr 2022

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan əsgərinə şəhid statusu veriləcək - YENİLƏNDİ + FOTO/VİDEO

Azərbaycan Ordusunun Kəlbəcərdə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək.

Manset.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, E.Omarov şəhid statusu alacaq.

Xatırladaq ki, E.Omarovun həlak olması faktı ilə bağlı Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.

12:07

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.

Bu barədə Baş Prokurorluğun mətbuat Xidmətindən Manset.az-a bildirilib.

Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az