Rusiyada toyda dava düşüb və azərbaycanlı öldürülüb.
Manset.az xəbər verir ki, hadisə Sankt-Peterburqdakı "Avropa” restoranında baş verib.
31 yaşlı Elvar Əmiraslanovla 26 yaşlı Vüqar Namazəliyev arasında mübahisə əlbəyaxa davaya çevirilib. Dava zamanı Elvar Vüqarı vurub. Həmyerlisinə gücü çatmayan Elvar ona tapançadan 5 dəfə atəş açıb. Sonuncu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.