Gəncədə sərnişin avtobusda yanıq xəsarəti alıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərdaxili marşrut kimi fəaliyyət göstərən avtobusda baş verib. Şəhər sakini Aygün Əliyeva marşrutda olan zaman avtobusun istilik sisteminin rezin borusu partlayıb.
Nəticədə o 1-ci dərəcəli yanıq xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.