“Elite”in yanında güclü yanğın - YENİLƏNDİ (VİDEO)

10:27 - 14 Oktyabr 2022

“Elite”in yanında güclü yanğın - YENİLƏNDİ (VİDEO)

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

***

Nazirliyin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Manset.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli tikilidə (birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

Manset.az  xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakı şəhəri, Binəqədi rayonu ərazisində güclü yanğın başlayıb.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 8-ci mikrorayon Naxçıvani küçəsi 55 ünvanında yerləşən zavodda başlayan yanğın güclü alovla müşahidə edilir.

Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən “Qafqazinfo”ya bildirilib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az