Şəmkirdə qəza oldu: ölən var - YENİLƏNDİ

19:35 - 07 Noyabr 2022

Şəmkirdə qəza oldu: ölən var - YENİLƏNDİ

Şəmkirdə baş verən yol qəzasının təfərrüatları məlum olub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan “Ford” markalı yük maşını yolun kənarında dayana "VAZ" markalı minik maşınını vurub. Bu zaman “VAZ”-ın qarşısında dayan minik maşınının sürücüsü avtomobilin altında qalaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

***

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Manset.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Ford "markalı yük maşını "VAZ" markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ” avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az