Gəncədə ana və qızını avtomobil vurdu

19:11 - 08 Noyabr 2022

Gəncədə ana və qızını avtomobil vurdu

Gəncədə sürücü idarə etdiyi avtomobillə ana və qızını vurub.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Mircəlal Paşayev və 28 May küçələrinin kəsişməsində baş verib.

"VAZ 2106" markalı avtomobilin sürücüsü 42 yaşlı Kamil Bəndər oğlu Quliyev yolu keçmək istəyən iki qadını – Daşkəsən sakinləri Sevil Məmmədova (1947) və onun qızı Şəhla Məmmədovanı (1981) vurub.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az