Bakıda “BakuBus” MMC-yə məxsus avtobus qəzaya uğradı - FOTO

09:58 - 09 Noyabr 2022

Bakıda “BakuBus” MMC-yə məxsus avtobus qəzaya uğradı - FOTO

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə “Neftçilər” prospektində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirərək Depoya gedən “BakuBus” MMC-yə məxsus BMC markalı sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində minik maşınında olan sərnişin xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az