Tovuzda mikroavtobus və maşın toqquşdu - Sərnişin öldü

15:51 - 09 Noyabr 2022

Tovuzda mikroavtobus və maşın toqquşdu - Sərnişin öldü

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-dən Manset.az-a verilən məlumata görə, noyabrın 7-də saat 7 radələrində Tovuz şəhərinin ərazisində Bayramlı kənd sakini B.İsgəndərovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Yuxarı Öysüzlü kənd sakini N.Hüseynovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus toqquşub.

Nəticədə B.İsgəndərovun sərnişini Asif Alıyev hadisə yerində ölüb.

Tovuz RPŞ-də araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az