Tovuzda zəncirvari qəza baş verdi- FOTO

20:24 - 09 Noyabr 2022

Tovuzda zəncirvari qəza baş verdi- FOTO

Tovuz rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. 

 

Manset.az xəbər verir ki, hadisə rayonun mərkəzində “Asan Xidmət” Mərkəzinin yanında qeydə alınıb.

Məlumata görə, qəza zamanı “Opel” , “Niva-Chevrolet” və “Mercedes” markalı avtomobillərin toqquşması zamanı üç nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az