Bakıda YANĞIN: 25 nəfər təxliyə edildi, onlardan 7-si uşaqdır

23:31 - 12 Noyabr 2022

Bakıda YANĞIN: 25 nəfər təxliyə edildi, onlardan 7-si uşaqdır

Bakının Xəzər rayonunda üçmərtəbəli yataqxana binasında yanğın olub, 25 nəfər təxliyə edilib.

 

 

Manset.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az