Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi

18:04 - 26 Noyabr 2022

Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi

Bu gün saat 17 radələrində paytaxtın Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

 

DiN-in Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az