Bakıda yüksək sürətlə hərəkət edən avtomobil aşdı - ÖLƏNLƏR VAR

13:05 - 04 Yanvar 2023

Bakıda yüksək sürətlə hərəkət edən avtomobil aşdı - ÖLƏNLƏR VAR

Dünən axşam Bakıda daha bir ağır yol qəzası baş verib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı rayonu ərazisində - Hövsan yolunun 1-ci kilometrliyində 1984-cü il təvəllüdlü Eldəniz Əhmədovun yüksək sürətlə idarə etiyi “Mercedes C Class” markalı avtomobil aşaraq yolun kənarında bir neçə dəfə yuvarlanıb.

Nəticədə sürücü E.Əhmədov və sərnişini, 1982-ci il təvəllüdlü Məmməd İskəndərov vəfat edib. Digər sərnişin, 1967-ci il təvəllüdlü Oqtay Qurbanov isə ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az