Yol polisi əməkdaşını maşın vurdu

22:19 - 04 Yanvar 2023

Yol polisi əməkdaşını maşın vurdu

Şabran rayonunda DYP əməkdaşını avtomobil vurub.

 

Manset.az-ın məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Gəndob kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü polis serjantı Ağayev Röyal Eldar oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az