Qubada AĞIR QƏZA: Yaralılar var

17:35 - 08 Yanvar 2023

Qubada AĞIR QƏZA: Yaralılar var

Bakı-Quba yolunun 154-cü kilometrliyində, Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.

 

Manset.az Report-a istinadla xəbər verir ki, "Nissan" markalı avtomaşın hərəkətdə olarkən idarəetməni itirərək qarşı istiqamətdə "Hyunday" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Quba rayon sakinləri 1977-ci il təvəllüdlü Yaqubov Tərlan Teymur oğlu, 1991-ci il təvəllüdlü Seyidov Amil Rasim oğlu, Bakı şəhər sakini 1960-cı il təvəlludlü İbrahimova Sinəxanım Ələmdar qızı və Şərur rayon sakini 1971-ci il təvəllüdlü Məmmədov Mirzə Qurban oğlu müxtəlif xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az