Metroda halı pisləşən sərnişin ÖLDÜ

08:55 - 10 Yanvar 2023

Metroda halı pisləşən sərnişin ÖLDÜ

"20 Yanvar" stansiyasında 1 nəfərin halı pisləşib.

 

Bu barədə Manset.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.

Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin bu dəqiqələrdə dünyasını dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az