Azərbaycanda arxaya hərəkət edən yük maşını piyadanı öldürdü

22:25 - 10 Yanvar 2023

Azərbaycanda arxaya hərəkət edən yük maşını piyadanı öldürdü

Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib.

 

Manset.az xəbər veri ki,  hadisə bu gün günorta saatlarında baş verib.

Belə ki, yük avtomobili arxa istiqamətdə hərəkət edən zaman rayonun Piran kənd sakini 1959-cu il təvəllüdlü Əliməmməd Ayaz oğlu Məmmədova toxunaraq onu yerə yıxıb və piyada yük avtomobilinin təkəri altına düşüb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yaralı bir qədər əvvəl xəstəxanada ölüb.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az