Neftçalada içkili kişi gölməçədə boğuldu

23:58 - 12 Yanvar 2023

Neftçalada içkili kişi  gölməçədə boğuldu

Neftçala rayonunda içkili kişi qar suyu ilə dolmuş gölməçədə boğulub.

 

Manset.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Həsənabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1974-cü il təvəllüdlü Qasımov Müseyib Rasim oğlu üzü üstdə qar suyu ilə dolmuş gölməçəyə yıxılıb və boğularaq ölüb.

İlkin məlumata görə, o, içkili olub. Meyit muayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az