Bakıda avtomobil 16 yaşlı qızı vurdu

11:48 - 15 Yanvar 2023

Bakıda avtomobil 16 yaşlı qızı vurdu

Bakının Yasamal rayonunda 16 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

 

Manset.az "Report-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü İsmayılova Dünya Eldəniz qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az