Astarada ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

19:48 - 18 Yanvar 2023

Astarada ƏMƏLİYYAT: Saxlanılanlar var  - FOTO

Astara sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

 

Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı cari ilin əvvəlindən keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlar üzrə Astara Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az