Azərbaycanda şadlıq sarayında kütləvi dava - Ata və oğlunu döydülər

10:55 - 21 Yanvar 2023

Azərbaycanda şadlıq sarayında kütləvi dava - Ata və oğlunu döydülər

Goranboy rayonu Düzqışlaq kəndi ərazisində yerləşən “Eşqin” şadlıq sarayında kütləvi dava-dalaş olub.

 

Manset.az xəbər verir ki, yanvarın 18-i saat 19 radələrində şadlıq evində baş vermiş kütləvi dava zamanı rayonun Dəyirmanlar kənd sakini, 1999-cu il təvəllüdlü Kənan Məmmədov və bir qrup şəxs ata və oğlunu döyüblər. Nəticədə 1992-ci il təvəllüdlü Eşqin Məmmədrzayev və atası Rafiq Məmmədrzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. // Qafqazinfo


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az