Mebel sexindən 6000 manatlıq oğurluq edildi

13:55 - 21 Yanvar 2023

Mebel sexindən 6000 manatlıq oğurluq edildi

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki mebel sexlərinin birindən 6000 manat dəyərində təmir alətləri və elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini Samir Əhmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az