Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTO

09:16 - 03 Fevral 2023

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, qəza Mirzəağa Əliyev küçəsində baş verib.

Belə ki, yüksək sürətlə “Mercedes-Benz” markalı maşını idarə edən sürücü idarəetməni itirib. İdarəetmədən çıxan maşın eyni istiqamətdə olan “Toyota”ya çırpılıb. Ardıcıl olaraq “Toyota” eyni yolda olan “Hyundai” və digər “Toyota” markalı maşınlara dəyib.

Qəza nəticəsində “Mercedes-Benz” və “Toyota” markalı avtomobillərin iki sərnişini xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az