16 yaşlı Mahmud 56 saat sonra dağıntılar altından sağ çıxarıldı

20:48 - 08 Fevral 2023

16 yaşlı Mahmud 56 saat sonra dağıntılar altından sağ çıxarıldı

Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda 5 mərtəbəli binanın dağıntıları altında qalan 16 yaşlı yeniyetmə 56 saatdan sonra yaralı olaraq çıxarılıb.

 

Manset.az xəbər verir ki, aparılan işlər zamanı 16 yaşlı Mahmud Salmana çatmaq mümkün olub.

Komandaların birgə səyi ilə dağıntılar altından çıxarılan Salman alqışlarla xərəyə doğru aparılıb. Yeniyetmənin anası Şirin Salman sevinc içində oğluna sarılıb.

Bir müddətdir ailəsi və qrupları ilə söhbət edən yeniyetmə şəxsi avtomobillə xəstəxanaya çatdırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az