Zəlzələnin 85-ci saatında daha bir möcüzə - 15 yaşlı uşaq çıxarıldı

22:14 - 09 Fevral 2023

Zəlzələnin 85-ci saatında daha bir möcüzə - 15 yaşlı uşaq çıxarıldı

Malatyada dağıntılar altında qalan 15 yaşlı qız 85 saatdan sonra xilas edilib.

 

Manset.az xəbər verir ki, Ordu şəhərindən gedən axtarış-xilasetmə qrupları 85 saatdan sonra 15 yaşlı Nalan Kılıçı dağıntılar altından çıxararaqTəcili Tibbi Yardım briqadasına təhvil verib.

Bununla bağlı Ordu Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Hilmi Gülər ​​sosial media hesabında paylaşım edib:
 
"Daha bir möcüzə 85-ci saatda baş verdi. Komandalarımız Nalan Kılıç adlı qızımızı Malatyada dağıntılar altından çıxardı".

Ordudan Malatyaya gedən Böyükşəhər Bələdiyyəsi yanğınsöndürənləri İsmetiye Məhəlləsində dağılmış binaların dağıntıları altında axtarış-xilasetmə işlərini davam etdirir.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az