Yevlaxda ağır qəza - Ölən və yaralılar var

12:55 - 25 Aprel 2023

Yevlaxda ağır qəza - Ölən və yaralılar var

Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, aeroport yolunda qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü və avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar.

Eyni zamanda sürücünün avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az