Yanğında reanimasiyada yatan xəstə öldü

11:02 - 26 Aprel 2023

Yanğında reanimasiyada yatan xəstə öldü

Xəbər verdiyimiz kimi, bu gün Gəncədə xəstəxanada yanğın baş verib.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasında qeydə alınıb. Yanğın zamanı reanimasiya şöbəsində yatan xəstələrdən biri tüstüdən boğularaq vəfat edib. Hazırda onun kimliyi dəqiqləşdirilir.

İlkin məlumata görə, hadisə binanın zirzəmisindəki yanğın şitində baş verib. Havalandırma borusundan binanın digər məntəqələrinə tüstü dolub. 

Qeyd edək ki, ölən xəstə ürəkçatışmazlığından xəstəxanada müalicə olunurmuş.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az