Azərbaycanda 4-cü kurs tələbəsi QƏZADA ÖLDÜ - FOTO

22:56 - 27 Aprel 2023

Azərbaycanda 4-cü kurs tələbəsi QƏZADA ÖLDÜ - FOTO

Azərbaycan Texniki Universitetinin Energetika və avtomatika fakültəsinin IV kurs tələbəsi Pərvin Cəfərov Bakıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində baş verib.

Belə ki, Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi "Lada Priora" markalı avtomobil İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşub.

Nəticədə "Lada Priora" markalı avtomobildə olan 2002-ci təvəllüdlü sərnişin Cəfərov Pərvin Pərviz oğlu ölüb. Avtomobildəki digər sərnişinlər - Sadıqov Elmin İlham oğlu və Heydərli Fərid Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az