Bakıda restoranda kütləvi DAVA - Yaralananlar var

09:00 - 08 İyul 2023

Bakıda restoranda kütləvi DAVA - Yaralananlar var

Bakının Binəqədi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə 7-ci mikrorayonda qeydə alınıb.

Belə ki, iaşə obyektində müştərilər arasında dava düşüb.

Dava zamanı 1987-ci il təvəllüdlü Samir Xıdır oğlu Rəfiyev və 1986-ci il təvəllüdlü Müşfiq Kamran oğlu Cəfərov bədənin müxtəlif nahiyələrindən bıçaqlanıblar.

Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az