Gürcüstanın Yaponiyadakı səfirinə hücum olundu

21:55 - 14 İyul 2023

Gürcüstanın Yaponiyadakı səfirinə hücum olundu

Gürcüstanın Yaponiyadakı səfiri Teymuraz Lejavaya hücum olub.

 

Manset.az AZƏRTAC-ın məlumatına əsasən bildirir ki, bu barədə T.Lejava özünün tviter səhifəsində yazıb.

Səfir bildirir ki, iyulun 14-də Tokionun mərkəzi küçələrin birində naməlum şəxslər ona və sürücüyə hücum ediblər. Gözlənilmədən avtomobilin qabaq qapısını açan şəxs arxa oturacaqda əyləşən səfiri vurmağa cəhd edib. Lakin sürücünün ayıq-sayıqlığı nəticəsində onlar vəziyyətdən çıxa biliblər.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yaponiya polisi faktla bağlı araşdırma aparır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az