Dənizdə boğulan bir nəfər xilas edildi

19:14 - 16 İyul 2023

Dənizdə boğulan bir nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda ən yaxın xilasetmə məntəqəsindən 600 metr aralı, nəzarətsiz ərazidə 1 nəfər vətəndaşın dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

 

FHN Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1987-ci il təvəllüdlü Əsgərov Samir Aslan oğlu dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.


 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az