Zaqatalada minik avtomobili ağaca çırpıldı - Xəsarət alanlar var

20:40 - 17 İyul 2023

Zaqatalada minik avtomobili ağaca çırpıldı - Xəsarət alanlar var

Zaqatalada minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Lahıc kənd inzibati ərazisində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az