2025-in sözü bu oldu - Açıqlandı

11:40 - 18 Noyabr 2025

2025-in sözü bu oldu - Açıqlandı

Cambridge Lüğəti, məşhurlarla qurulan ‘sağlam olmayan’ əlaqələrin artması səbəbindən ilin sözü olaraq "parasosyal" termini seçib.


Manset.az  xarici mediaya istinadən xəbər verir ki, parasosyal sözü, bir şəxsin əslində tanımadığı məşhur biri ilə arasında hiss etdiyi əlaqəni təsvir edir. Cambridge Lüğəti, 2025-ci ilin sözünü parasosyal olaraq müəyyən edərkən, bunun səbəbinin insanların internet mühitində tanımadıqları şəxslərlə əlaqə qurmaq ehtiyacı olduqlarını açıqlayıb. Parasosyal termini ilk dəfə 1956-cı ildə Çikaqo Universitetinin sosyoloqları, televiziya izləyicilərinin ekran üzləri ilə qurduğu, ailə və dost münasibətlərini xatırladan (lakin tək tərəfli olan) əlaqələri müşahidə etdikdən sonra ortaya çıxıb.

İnternet dövründə sosial media və indi də süni intellektin təsiri ilə bu asimmetrik əlaqələr sürətlə yayıldı.

Cambridge Lüğətinin redaktoru Colin McIntosh, "2025-ci ilin ruh halını ən yaxşı parasosyal sözü əks etdirir. Milyonlarla insan parasosyal əlaqələr içindədir; daha çox insan isə bu əlaqənin artmasına maraq göstərir. Məlumatlar da bunu təsdiqləyir," - deyə bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az