Bakıda köhnə avtobuslar yenilənəcək - Gediş haqqı artacaq?

13:30 - 18 Noyabr 2025

Bakıda köhnə avtobuslar yenilənəcək - Gediş haqqı artacaq?

Azərbaycanda müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyulur. Belə ki, qaz, benzin və dizel ilə avtobuslarda yürüş həddi 1 milyon km-dən, elektrik avtobuslarda isə 1,2 milyon km-dən artıq olmamalıdır.


Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Manset.az-a açıqlamasında qoyulan limitin Azərbaycan nəqliyyatına mümkün müsbət və mənfi tərəflərindən danışıb.


"Bu limit üzrə hərəkət edəcək nəqliyyat vasitələrinin uzunömürlülüyü şübhəlidir. Çünki nəqliyyat vasitəsi istismar olunan müddət ərzində o elə bir ərazi qət etməlidir ki, onun qət etdiyi ərazi ümumi olaraq ərazi konseptuallığından kənara çıxmamalıdır. Bu o deməkdir ki, nəqliyyat vasitəsi hərəkət edən zaman onun bu və ya digər formada hərəkət təhlükəsizliyinə dair müəyyən öhtəlikləri olmalıdır. Bu öhtəliklər ondan ibarətdir ki, bu formada nəqliyyat vasitələri öz hərəkət üstünlüyünü qoruyub saxlaya bilməlidir. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyası, onların hərəkət rentabelliyi bu gün istər benzin, istər dizellə, istərsə də qazla işləyən digər nəqliyyat vasitələrinin konfiqurasiyasında mühüm dəyişikliyə uğramasın. Yəni bu yüklə, bu formada hərəkət edən nəqliyyat vasitələri yollarda problem yaşanmasın, onlar üçün praqmatik həll çıxış yolu lazımdır. Onların həll trayektoriyasına xüsusi önəm vermək lazımdır. Bunlar hamısı bir-biri ilə qarşılıqlı əlaqəli olduğu üçün nəqliyyat vasitələrinin rentabelliyə təsir mexanizmləri öyrənilməlidir. Əks halda bu proseslər doğurdan da ləng gedəcək və öz aktuallığını itirəcək”.

Ekspert sözügedən limitin Azərbaycan ictimai nəqliyyatına ən müsbət təsiri həmin vasitələrin özü-özlüyündə yenilənməsi olduğunu düşünür. Bu o deməkdir ki, uzun illərin aktual problemi olan “köhnə avtobuslar” məsələsi öz həllini tapacaq.

Nəzərə alsaq ki, paytaxtın xüsusilə də qəsəbələri istiqamətində fəaliyyət göstərən avtobuslar istifadəyə yararsız vəziyyətdədir və əhali bununla bağlı ciddi şəkildə əziyyət çəkir. Bu istiqamətdə sözügedən limit tətbiq olunarsa, uzun illərdir davam edən "köhnə avtobuslar" problemi həll ola bilər. Bu problemin həll olması isə həmin avtobusların istifadəçiləri üçün müsbət xəbər olması ilə yanaşı, həm də mənfi xəbərdir. Çünki yeniləri ilə əvəz olunan avtobuslarda qiymət artımı da istisna olunmayacaq. Halbuki Nazirlər Kabinetinin təzəlikcə tətbiq olunmuş qərarına əsasən ictimai nəqliyyatda qiymət artımı paytaxt ərazisində müxtəlif marşrut xəttləri üzrə fəaliyyət göstərən köhnə avtobuslara şamil olunmamışdı. 


Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az